Stenli Kubokunun final seriyasının ilk oyunu keçirilib. Sport24.az xəbər verir ki, ''Veqas Qolden Nayts'' öz meydanında ''Florida Panters''lə oyunda hesabda geri düşsə də, 5:2 hesablı əzmkar qələbə qazanıb.

Bu, cari mövsüm ''Veqas''ın bu turnirdə artıq 9-cu əzmkar qələbəsidi. Rekord ''Kolorado'' ilə ''Pittsburq''a məxsusdu. Onlar uyğun olaraq 2022 və 2009-da 10 əzmkar qələbə qazanıblar.

Onu da bildirək ki, ilk periodda hesabı açan qonaqların hokkeyçisi Erik Staal maraqlı bir rekordunu müəllifi olub. 38 yaşlı oyunçu sonuncu dəfə final seriyasında 2006-cı ildə fərqlənmişdi. Həmin vaxt onun şərəfini qoruduğu ''Karolina'' ''Edmonton''u 4:3 hesabı ilə yenmişdi. Staal 5-ci oyunda 2 dəfə fərqlənmişdi. Finalda 17 illik fasilə ilə qol vurmaq MHL tarixinin yeni rekordudu.

Əvvəlki rekord Mark Rekkiyə məxsus idi. O, finallarda 15 illik intervalla (1991-də ''Pittsburq''un, 2006-da ''Karolina''nın heyətində) fərqlənmişdi.