Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən Avropa kuboku yekunlaşıb.

Sport24.az xəbər verir ki, Azərbaycan yığması turniri 1-ci pillədə başa vurub.

Cüdoçularımız Antalyada 19 medal qazanıblar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 7-si isə bürünc olub. Nəticədə Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri, qızlar və oğlanlar arasıında ikinci yeri tutub.

Qeyd edək ki, Avropa kubokunda Azərbaycan komandasının heyətində 37 oğlan və 20 qız cüdoçu qələbə uğrunda yarışıb.