Düşənbədə gənclər arasında dünya çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, son gündə komanda yarışlarında qaliblər bəlli olub.

 

Cüdoçularımız mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər.

 

Millimiz yarımfinalda Fransaya 4:3 hesabı ilə məğlub olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komandamız dünya çempionatını medalsız başa vurub.