Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start veriləcək. Sport24.az xəbər verir ki, turnirin ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq.

 

Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz iştirak edəcək.

Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq

Turan Bayramov – Hubert Piezinski (Polşa) – Qabin Supervil (Fransa) cütünün qalibi
Əhməd Yusifov – Marton Andrassy (Macarıstan)

66 kq
Ruslan Paşayev – Dani Klacar (Xorvatiya) – Markus Auer (Avstriya) cütünün qalibi
Nazir Talıbov – İsaya Ramires (ABŞ)

Qadınlar
52 kq

Aydan Vəliyeva – Erza Muminoviq (Kosovo)

63 kq
Aytac Qardaşxanlı – Skay Knoester (Cənubi Afrika)

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.