U-15 yeniyetmələr arasında keçirilən cüdo üzrə Sumqayıt şəhər birinciliyinin ilk yarış gününə yekun vurulub.

Sport24.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF), Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirdiyi “Şuşa İli”nə həsr olunmuş turnirin birinci yarış günündə 2008-2010-cu il təvəllüdlü cüdoçu qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində qaliblər bəlli olub.

Azərbaycan Cüdo Federasiyasının Prezidentinin müşaviri Natiq Bağırov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov turnirin açılışında çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Ümumilikdə 94 oğlan və 22 qız cüdoçu arasında medalçılar müəyyənləşib.

Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıb.

Qaliblərin siyahısını sizə təqdim edirik:

Oğlanlar

-34 kq
1. Bəhruz Şıxəliyev
2. Zülfüqar Bəndəliyev
3. Fateh Ağayev
3. Hüseyn Məmmədov

-38 kq
1. Fərid Xudiyev
2. Vəkil Rəhimov
3. Amin Quliyev
3. Polad Qurbanov

-42 kq
1. Elməddin Gözəlov
2. Təvəkgül Hüseynov
3. Əhməd Mustafayev
3. Nihad Abbasov

Qızlar

-28 kq
1. Aylin Məcidli

-32 kq
1. Zəhra Quliyeva
2. Fatimə Fərmanzadə

-36 kq
1. Nigar Məmişov
2. Ləman Adıgözəlov

-40 kq
1. Nigar Əliyeva
2. Mələk Muxtarova

-44 kq.

1. Fatimə Quranova
2. Gülər Hacılı

-48 kq
1. Nazlı Səfərli 
2. Arzu İsayeva
3. Diana Eldarova

-52 kq
1. Milena Hüseynova
2. Məleykə Mürsəlova

-57 kq
1. Nərmin Yusifova

-63 kq
1. Bənurə Bağırova
2. Lilya Əhmədxanova

+63 kq
1. Nuranə Məhərrəmova
2. Arzu Rəşidova
3. Nərgiz Vəlizadə