Beynəlxalq Jüdo Federasiyasının (IJF) versiyasına görə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) "İlin cüdoçusu" adı uğrunda mübarizə aparırlar. Sport24.az xəbər verir ki, bu ada 7 idmançı namizəddir və onların hər biri Olimpiya çempionu olub.
Onlar Azərbaycan cüdoçularından başqa, Hifume Abe, Takanori Naqase (hər ikisi Yaponiya), Teddi Riner (Fransa), Laşa Bekauri (Gürcüstan), Eldos Smetovdur (Qazaxıstan). Nominasiyanın qalibi ilin sonunda müəyyənləşəcək.
Qeyd edək ki, Heydərov və Kotsoyev bu il olimpiya qızıllarından əlavə dünya çempionu adını qazanıblar. Hidayət həm də dördüncü dəfə Avropa çempionu olub.