Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatına start verilib.

Sport24.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

Kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Rəqibinə məğlub olan Kəramət mübarizəni startdaca dayandırıb.

Qadınlardan isə 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşüb. O da ilk cəhdində məğlub olub və medalsız qalıb.

Beləcə, Azərbaycan cüdoçuları dünya çempionatında ilk günü medalsız başa vurublar. 

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.