Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, son gün azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) final görüşünə çıxıb.

O, gürcüstanlı İliya Sulamanidzeyə qalib gələrək qızıl medal qazanıb.

Xatırladaq ki, bunadək hidayət Heydərov (73 kq) çempion olmağı bacarmışdı.