Azərbaycan yığması yeniyetmə cüdoçular arasında təşkil olunan Avropa kubokunun ilk günündə 1 medal qazanıb.

Sport24.az xəbər verir ki, Çexiyanın Teplitse şəhərində keçirilən turnirdə Xədicə Abdullayeva fəxri kürsüdə yer alıb.

Yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz mübarizə aparıb. Onlardan yalnız Xədicə Abdullayeva (40 kq) uğurlu çıxış edərək, gümüş qazanıb. O, finalda polşalı həmkarına uduzub.

Qeyd edək ki, dünən daha 3 cüdoçumuz 5-ci olub.