Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında cüdoçularımız çıxışlarını başa vurublar. Sport24.az xəbər verir ki, təmsilçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb.

 

Anar Quliyev (46 kq), Məhəmməd Rüstəmli (50 kq) və İlkin Qarayev (55 kq) fəxrü kürsünün 2-ci, Günəş Hüseynova (40 kq) isə 3-cü pilləsində yer alıb.