Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub.

 

81 kq
Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. O, növbəti dəfə Coşua Delanq (Niderland) ilə üz-üzə gələcək.

 

90 kq
Aslan Kotsoyev yarışa Amir Çopan (İran) üzərində qələbə ilə başlayıb, daha sonra Şahzod Şaripov (Özbəkistan) və Markos Martinez Koini (İspaniya) məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə onu Komei Kivabata (Yaponiya) gözləyir.

 

Tuncay Şamil ikinci mərhələdən mübarizəyə başlayıb və Yeqor Malkinə (IJF) məğlub olub.