Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Böyük Dəbilqə" turnirinə bu gün start verilib. Sport24.az.az xəbər verir ki, ilk yarış günü kişilər arasında -66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Yaşar Nəcəfov qızıl medal qazanıb. 

Belə ki, finalda Yaponiya təmsilçisi Takeşi Takeoka üzərində qələbə qazanaraq fəxri kürsünün yüksək pilləsinə qalxıb.