İtaliyanın "Yuventus" klubu Avstraliyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçında İngiltərənin "Çelsi" komandasına üstün gəlib. Sport24.az xəbər verir ki, qarşılaşmada yeganə qol ikinci hissənin ortalarında vurulub.
"Qoca sinyora"nın kosovolu hücumçusu Edon Jeqrova 68-ci dəqiqədə fərqlənib (1:0).
"Yuventus" növbəti sınaq görüşündə "İnter"lə, "Çelsi" isə "Milan"la üz-üzə gələcək. Hər iki matç şənbə günü, avqustun 8-də keçiriləcək.