UEFA Çempionlar Liqasının "Orhus" (Daninarka) - "Sabah" (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında matçı izləmək üçün Danimarkada olan İTV-nin jurnalisti Kənan Hakimov məlumatı yayıb.

 

Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları stadiona gətirən avtobusların yubanmasıdır.

 

Məlumat üçün "Orhus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.

 

***

 

"Sabah" klubu isə yaydığı məıumatda oyunun saat 21:10-da başlanacağını bildirib.