Bu gün Özbəkistanın Daşkənd şəhərində təşkil olunmuş cüdo üzrə dünya çempionatının püşkatma mərasimi baş tutacaq.

Sport24.az xəbər verir ki, dünyanın 82 ölkəsindən 572 cüdoçusu dünya çempionu titulu uğrunda mübarizə aparacaq.

Turnirdə Azərbaycan yığma komandası 11 idmançı ilə təmsil olunacaq.

Azərbaycan idmançılarının yarış təqvimini təqdim edirik:

6 oktyabr
-60 kq. Kərəmət Hüseynov
-48 kq. Leyla Əliyeva

7 oktyabr
-66 kq. Orxan Səfərov, Yaşar Nəcəfov
-52 kq. Gültac Məmmədəliyeva

8 oktyabr
-73 kq. Rüstəm Orucov, Hidayət Heydərov

9 oktyabr
-81 kq. Səid Mollayi, Elcan Hacıyev

10 oktyabr
-90 kq. Məmmədəli Mehdiyev

11 oktyabr
-100 kq. Zelim Kotsoyev