Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.

Sport24.az xəbər verir ki, veteranlardan ibarət Azərbaycan yığması çempionatın ikinci gününü ümumilikdə 5 medalla başa vurublar.

Xatırladaq ki, AÇ-nin ilk günündə Azərbaycan idmançıları 6 medal qazanmışdılar.

M3 yaş kateqoriyası
-81 kq. Azər Fətullayev – qızıl medal

M4 yaş kateqoriyası
-60 kq. Babək Hacıyev – qızıl medal
-100 kq. Emil Hüseynov – qızıl medal
-90 kq. Mahir Ağamirzəyev – gümüş medal
-73 kq. Rauf Fərzəliyev – bürünc medal