Ötən şənbə doğma publika qarşısında rusiyalı UFC döyüşçüsü İslam Maxaçevə məğlub olan avstraliyalı Aleks Volkanovski hələ də ən güclü olduğunu iddia edib. Sport24.az xəbər verir ki, o məğlub olmasını çəki məsələsinə bağlayıb.

Volkanovski daha bir döyüşün olacağını deyib: “Çoxları hələ də mənim bu görüşdə daha yaxşı çıxış etdiyimi söyləyir. Hər halda bu döyüş öz divizionlarının liderlərinin qarşıdurması idi. Təsəvvür edin ki, mən Maxaçevlə eyni çəki dərəcəsində üz-üzə gəlirəm. İslam da mənim kimi yarıyüngül çəki dərəcəsində olsaydı, onu məhv edərdim. Mən sadəcə oktaqonda gəzişərdim. Bunu deməklə, Maxaçevin xətrinə dəymək istəməzdim, sadəcə reallığı söyləyirəm. Döyüş əsnasında o özü mənə revanş görüşü təklif etmişdi. Elə bilirdi ki, məni qalib elan edəcəklər. Fikrimcə, biz daha bir döyüş keçirəcəyik”