Beynəlxalq Boks Assosiasiyası Aleksandr Usiklə Daniel Dyubua arasında döyüşün təşkil edilməsi ilə bağlı danışıqlar prosesinin start veriləcəyi tarixi açıqlayıb. Sport24.az xəbər verir ki, hər iki boksçu mayın 25-də danışıqlar masası arxasına əyləşməlidir.

Amma bu proses baş tutmaya bilər. Məsələ ondadı ki, britaniyalı boksçu zədələnib. Ukraynalı ilə döyüşə isə Deontey Uaylder çıxa bilər. Amerikalı əlcək ustası reytinqə əsasən bu döyüşə çıxarılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Usik Tayson Fyuri ilə müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmədiyindən, aprelin 29-da təşkil ediləcəyi gözlənilən döyüş ləğv edilmişdi.