Superağır çəkiidə sabiq dünya çempionu Deontey Uaylder ukraynalı boksçu Aleksandr Usiki növbəti dəfə onunla üz-üzə gəlməyə səsləyib. Sport24.az xəbər verir ki, amerikalı idmançının fikrincə, WBA Super, İBF və WBO versiyası üzrə dünya çempionu qorxaq olduğuna görə onunlda döyüşməkdən qaçır: “Qulaq asın, bu döyüşü çox istəyirəm, amma fikrimcə, Usik məndən qorxur. Yox, “fikrimcə” ibarəsi bir qədər yumuşaq səslənir, o məndən əməlli-başlı qorxur. Bu biznesi hərtəfəli bilirəm. Vaxt və məkan mənim üçün əhəmiyyət kəsb etmir. Çox şey də tələb etmirəm, sadəcə, döyüşün baş tutmasını istəyirəm. Biz bir-birimizə qazanmağa imkan veririk. Qiyməti qaldırmaq fikrim yoxdur”.
Xatırladaq Uaylder sonuncu döyüşünü ötən ilin oktyabrında finlandiyalı boksçu Robert Heleniusa qarşı keçirib və rəqibini ilk raundda nokauta göndərib.