Boks üzrə 4 müxtəlif çəki dərəcəsində sabiq dünya çempionu Roy Cons qarşılaşacaqları halda Aleksandr Usikin Tayson Fyuri arasında döyüş haqda proqnozlarını verib. Sport24.az xəbər verir ki, o, ukraynalının britaniyalını məğlub etmək gücündə olduğunu söyləyib: “Hələ ki, heç kim Fyurini məğlub etməyib. Amma mənə elə gəlir ki, , Usik bunu bacarar. Doğrudur, Uaylderin zərbəsi daha qüvvətlidi. Amma Fyuri ilə Usik daha intellektlidi. Ona görə də, hər ikisi hazırda daha üstün vəziyyətdədi. Coşua, Uaylder və çinli Çjan Çjiley daha aşağı pillədədi".