Boks üzrə referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

Sport24.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə fevralın 12-18-də Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında "Drakula" beynəlxalq turnirində imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Ondan öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.