Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. Sport24.az xəbər verir ki, 33 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 23 döyüş baş tutub.

 

Qarşılaşmaların yekununa əsasən son 5 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.

 

Qadın boksçuların mübarizəsində isə son 2 çəki dərəcəsində finalçılar bəlli olub. 4 döyüşün yekununa əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib.

 

Azərbaycan çempionatı

 

26 yanvar

 

Qadınlar

 

1/2 final

 

51 kq

 

Cəmilə Sultanlı (Sumqayıt) – Leyla Quliyeva ("Firuz" BK) – 5:0

 

Günel Rəhimova (DİN İC) – Nərgiz Zeynalova ("Abşeron" İK) – birinci nokautla qalib gəlib

 

65 kq

 

Özləm Həsənova (AHİTA) – Fatimə Mehdiyeva (Gəncə) – 2:3

 

Leyli Bayramova (Quba) – Hamama İsrafilova (DİN İC) – ikinci döyüşə gəlməyib

 

Kişilər

 

1/4 final

 

50 kq

 

Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK) – Elnur Muradov (AzTU) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

 

Yusif Soltanov ("Neftçi" İK) – Ramal Yolçiyev ("Qəbələ" İK) – 5:0

 

Rəvan Babayev (Gəncə) – Kənan Babayev (MOİK) – 0:5

 

Ucal Musayev (Naxçıvan MR) – Yadigar Əliyev ("Səbail" İK) – 5:0

 

60 kq

 

Məhəmmədəli Aşırəliyev ("Neftçi" İK) – Ruslan Qədirov ("Abşeron" İK) – 5:0

 

Elbrus Adıgözəlov (DİN İC) – Tağı Nəsibov ("Neftçi" İK) – 0:5

 

Tayfur Əliyev ("Neftçi" İK) – Ruslan Rüstəmov (MOİK) – 5:0

 

Ümid Rüstəmov (DİN İC) – Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK) – 2:3

 

65 kq

 

Maqsud Xasmetov ("Abşeron" İK) – Cəfər Nəcəfli (KNOUT) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

 

Abbas Nəcəfli (Gəncə) – Əli Abdullayev ("Zabit Səmədov" DM) – ikinci ikinci raundda tam üstünlüklə qalib gəlib

 

Malik Həsənov ("Neftçi" İK) – Ruslan Bayramov ("Neftçi" İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

 

Zaur Qəhrəmanov (DİN İC) – Cəlal Qurbanov (MOİK) – 0:3

 

80 kq

 

Murad Allahverdiyev ("Neftçi" İK) – Hacımurad Aşurov ("Qızıl əlcək" İK) – ikinci döyüşə gəlməyib

 

Mehdi Ağayev (AzTU) – Ayxan Həsənov (FHN İK) – 0:5

 

Elmir İsmayılov ("Qızıl əlcək" İK) – Həsən Osmanlı ("Qızıl əlcək" İK) – birincinin məşqçisi döyüşməkdən imtina etdiyi üçün ikinci qalib elan olunub.