Orta çəki (66,7 kq) dərəcəsində WBC, WBA və IBF kəmərlərinə sahib olan Errol Spens maddi məsələlərin düzgün planlaşdırılmamasınıın sonda məhşur boksçuların müflis olmasına səbəb olduğunu vurğulayıb. Sport24.az xəbər verir ki, 33 yaşlı tanınmış amerikalı boksçu bu mövzu ilə bağlı bunları deyib: ''Gənc yaşlarımda ''pound for pound'' reytinqi mənim üçün önəmli idi. Amma indi həlledici döyüşlərdə aldığım qonorar mənim üçün daha əhəmiyyətlidi. Adı Şöhrətlər Zalına salınan boksçuların aqibətini gözəl bilirsiz. Onların 99 faizi ya yoxsulluq içində ölür, ya da adları ora salınanda artıq heç bir pulları qalmır. Mənim üçün maddi planda ağılla hərəkət etmək çox vacibdi. Pullarıma nəzarət etmək və onların günün birində əlimdən çıxmayacağına əmin olmaq istəyirəm. Boksda son sözümü söylədikdən və karyeramı nöqtələdikdən sonra rahat yaşamaq, eləcə də övladlarımın qeydinə qalmaq istəyirəm''.