Bir neçə gün əvvəl it dişləməsi nəticəsində əməliyyat olunan məşhur avstraliyalı boksçu Timofey Tzsyu hazırda özünü yaxşı hiss edir. Sport24.az xəbər verir ki, rusiyalı sabiq dünya çempionu Kostya Tzsyunun oğlu mətbuata açıqlamasında narahatlığa əsas olmadığını söyləyib: "İndi özümü yaxşı hiss edirəm, hətta deyərdim ki, əlayam! Qorxulu heç nə yoxdu. Sadəcə, həftəsonu başıma bir balaca iş gəldi. Döyüşməyə hazıram. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Həqiqətən də buna dəyər verirəm. Planlarım dəyişməyib. Mütləq dünya çempionu olmaq üçün yoluma davam edəcəyəm. Heç vaxt döyüşün imtinasına cəhd etməmişəm. Bu baş verməyəcək! Hazıram!”.