Məşhur boks promouteri Bob Arum Aleksandr Usiklə Tayson Fyuri arasında döyüşün məkanı ilə bağlı məsələlərə aydınlqı gətirib. Sport24.az-ın məlumatına görə, o, ukraynalı ilə britaniyalı əlcək ustalarının Səuduyyə Ərəbistanında görüşmək ehtimalının olmadığını bildirib.

Məsələ ondadır ki, döyüşün aprelin sonlarına qədər keçirilməsi planlaşdırılır. Amma həmin müddətə qədər Səudiyyə Ərəbistanında görüşün təşkili mümkünsüzdür. Səbəb açıqlanmasa da, bunun Ramazan ayı ilə əlaqədar olması ehtimalı var. Arumun sözlərinə görə boksçular Londonun “Uembli” stadionunda üz-üzə gələcəklər.