Superağır çəkidə sabiq dünya çempionu Lennoks Lüis Tayson Fyurinin Aleksandr Usiklə baş tutmayan döyüşü haqda fikir bildirib. Sport24.az xəbər verir ki, əfsanəvi amerikalı əlcək ustası britaniyalını anlaya bilmədiyini söyləyib: “Mənə elə gəlir ki, bu görüş baş tutacaq. Əvvəllər elə düşünürdüm ki, Fyuri ilin sonunda onunla rinqə çıxmaq üçün vaxtı uzadır. Amma indi Coşua ilə qarşılaşmaq istədiyini söyləyir. Bəlkə də, onun haqqında səhv fikirdə olmuşam. Ümid edirəm ki, bu iki boksçu tarixi yazmaq üçün bir şey fikirləşəcəklər. Ancaq pulu düşünmək doğru deyil. Həm də ki, sən təşkilati məsələlərin öhdəsindən gəlsən, qonorarlar da artacaq”.