Superağır çəkidə sabiq dünya çempionu Entoni Coşua yenidən Aleksandr Usiklə görüşmək perspektivlərindən danışıb. Sport24.az xəbər verir ki, britaniyalı boksçu hazırda seçim imkanının ukraynalıda olduğunu söyləyib.

“Usikə qarşı ilk döyüşümdə çox pis təsir bağışladım. Cavab görüşündə daha yaxşı çıxış etdim, amma bu yenə də qalib gəlmək üçün kifayət etmədi. Bu bir daha mənə güclü olmaq üçün daha nə etməli olduğumu göstərdi. Mən ona sonuncu raundlarda uduzdum. İstənilən halda, güclü rəqibə məğlub oldum. Onunla 3-cü dəfə üz-üzə gəlmək istəyərdim? Bu sualı onun özündən soruşun. İlk cavabı o verməlidi. Məncə, indi Aleksandrın başı qarışıqdır, o, daha böyük balıq tutmaq niyyətindədir” - deyə, E.Coşua bildirib.