Türkiyəli boksçu Hatice Akbaş Eurosport kanalına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Boks üzrə Türkiyə çempionu olan bir atanın (boks üzrə Türkiyə çempionu Kerem Akbaş - red.) qızı olmaq necə hissdir?

- İdmanın içində böyümək, idmanla yaşamaq həyatımdakı ən böyük şansımdı. Atam əzmli, çalışqan və ağıllı bir idmançı idi. Uşaqlığımdan da mənə bunları aşılayıb. Birlikdə uzun və uğurlu yolumuzun olacağına inanıram.

- Boksla yanaşı, kikboksinq və muay-tay növlərində də çempionluq yaşayan Hatice Akbaş görürük. 22 yaşını yeni tamamlamısan. Geriyə baxdığında "Nə çox şey əldə etmişəm!" deyirsən?

- 12 ildir böyük əmək və mübarizə verirəm. Bütün mübarizəmi çətin şərtlər və imkansızlıqlar içində apardım. Amma nəticədə xəyalını qurduğum uğurları əldə etdim. 2022-ci il idman həyatımın zirvəsi idi. Geriyə baxdığımda keçmişimlə yalnlz qürur duyuram.

- 12 illik əməyin qarşılığında əldə etdiyim dünya çempionluğu həm ölkəmizdə, həm də ölkə xaricində böyük ajiotaj oyatdı. Bu uğurların sənə qazandırdığı üstünlüklərdən söz açardın...

- Bizim üçün ən önəmlisi insanlarını verdiyi dəyərdir. Dünya çempionu olandan sonra gördüyüm hörmət və diqqət məni Olimpiada yolunda daha da həyəcanlandırdı və motivasiya verdi. Eyni zamanda kimlərəsə ümid olmaq, bunları eşitmək idmançı olaraq mənə güc verir.

- Ən böyük hədəflərindən biri olan 2024-cü ildə keçiriləcək Paris olimpiadasıdır. Dünya çempionu olimpiadaya necə hazırlaşır?

- Hazırda qarşımızda 5-6 aylıq çətin bir dönəm var. toplanışa bir ay əvvəl başlamışam və məşqlərim tam güclə davam edir. Hədəfim və xəyalım Paris-2024-ə vəsiqə qazanmaqdı. Bunun üçün də Avropa Oyunlarında ilk dördlükdə qərarlaşmalıyam. Bu yolda çətin bir dönəm məni gözləyir. Amma bütün çətinliklərə hazıram. Avropa Oyunlarında çempion olmaqla Parisə daha rahat və özgüvənlə yollanmaq istəyirəm.

- Bir çox idmançılar yemək məsələlərində fərqlilik göstərə bilərlər. Gənc idmançı olaraq yemək məsələnə necə diqqət edirsən?

- Bildiyiniz kimi, boksda çəki üzrə yarışırsan və bu səbəbdən özümüzü qorumağa məcburuq. Hər zaman yemək proqramıma uyğun həyat sürürəm. Bu proqramın məqsədi sadəcə çəki artırmaq və ya azaltmaq deyil. Eyni zamanda performansı artırmaq və sağlıqlı bəslənmə adətini qorumaq üçün özümü həmişə qoruyuram.

- Boks idman növünün Türkiyədəki gələcəyi ilə bağlı nə deyə bilərsən? Təşkilati baxımdan çatışmazlıqlar varmı? İdmançılara qoyulan sərmayələr kifayət edir?

- Boks Türkiyədə inkişaf etməkdə davam edir və layiq olduğu dəyəri alır. 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunları və 2022-ci ildə təşkil olunan dünya çempionatı zamanı qazanılan uğurlar bu idman növünə marağı daha da artırdı. Həmçinin qoyulan sərmayələr də artmağa başladı.

- Rinqə çıxmazdan əvvəl ağlından nələr keçir?

- Sadəcə qalib gəlməyə köklənirəm. Yaxşı olduğum zaman hər şeyin istədiyim kimi keçəcəyinə inanıram və ağlımda sadəcə bunu düşünürəm.