Rusiya və Belarus boksçularının dünya çempionatında iştirakına icazə verilməsi beynəlxalq idman ictimaiyyətini hiddətləndirib. Sport24.az xəbər verir ki, məhz bu səbəbdən dünya çempionatını boykot edənlərin sayı çoxalır.

Bir neçə gün əvvəl Çexiya, ABŞ, Finlandiya, İsveç və İrlandiya Boks Federasiyaları turnirdə iştirak etməyəcəklərini bildirmişdi. Artıq boykotçuların sırasına Kanada və Böyük Britaniya Boks Federasiyaları da qoşulub. Siyahının yaxın günlərdə daha da artacağı istisna olunmur. Xatırladaq ki, bu ilin may ayında kişilər və qadınlar arasında dünya çempionatları müvafiq olaraq Daşkənd və Nyu-Dehli şəhərlərində keçiriləcək.