Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Sport24.az xəbər verir ki, azərbaycanlı boksçular yarışı 5 medalla tamamlayıb.

63,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov finalda Rusiya təmsilçisi Qabil Məmmədova məğlub olub.

Daha əvvəl Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.