ABŞ boksçuları kişilər və qadınlar arasında boks üzrə dünya çempionatında iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə ölkənin boks federasiyası məlumat yayıb.
Qurumun belə bir qərar qəbul etməsinə isə rusiyalı və belaruslu əlcək ustalarının dünya çempionatına buraxılması səbəb olub. Məsələ ondadır ki, Beynəlxalq Boks Assosiasiyası Rusiya və Belarusdan olan idmançılara yarışda öz bayrağı altında iştirak etməyə icazə verib.
Xatırladaq ki, qadınlar arasında dünya çempionatın martın 15-dən 31-nə qədər Hindistanın paytaxtı Nyu-Dehlidə, kişilər arasında mundial isə mayın 1-dən 14-nə qədər Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Yeri gəlmişkən, ABŞ-la yanaşı, Finlandiya boksçuları da dünya çempionatında məhz bu səbəbdən iştirak etməyəcək.