Son klubu “Zirə” olan Şafiq Tiqrucanın yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, fransalı futbolçu Qazaxıstanın Premyer Liqa təmsilçisi “Kaspi”yə keçib. Rusiyanın “Kuban” klubuna qarşı keçirilən yoxlama oyununda iştirak edən yarımmüdafiəçi qol da vurub, yeni komandası 3:0 hesablı qələbə qazanıb.

Əlcəzair əsilli Şafiq Tiqruca “Zirə”nin baş məşqçisi Samir Abasovun, ondan sonra Zaur Həşimovun vaxtında komandanın aparıcı oyunçularından olsa da, Rəşad Sadıqovun gəlişindən sonra onunla müqavilə uzadılmadı.