"Zirə" futbolçusu Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2020-ci ildən "Zirə"də çıxış edir. Alıyev komandanın kapitanıdır.