"Sabah"dan ayrılan Cesse Sekidika karyerasını Cənubi Koreyada davam etdirəcək. Sport24.az-ın məlumatına görə, nigeriyalı hücumçu bu ölkənin "Kanvon" (Gangwon FC) komandası ilə müqavilə imzalayıb.

29 yaşlı forvard K 1 Liqasında çıxış edəcək. "Kanvon" hazırda 15 turdan sonra 24 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Cesse Sekidika 2023-cü ildən "Sabah"ın formasını geyinib. O, "bayquşlar"la iki dəfə Azərbaycan Kubokunun, bir dəfə isə Premyer Liqanın qalibi olub.