Misli Premyer Liqasının XII turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Qəbələ"ni qonaq edir.
Bu oyunu turnir cədvəlinin əks-qütblərində qərarlaşan komandaların görüşündə kim qalib gələcək? Rəşad Sadıqovun baş məşqçisi olduğu "qaratallar" hazırda 20 xalla turnir cədvəlində üçüncüdür. Kaxaber Tsxadadzenin çalışdırdığı "qırmızı-qaralar" isə "Karvan-Yevlax"la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turun digər iki qarşılaşmasə - "Sabah" - "Şamaxı" və "Neftçi" - "İmişli" görüşləri sabah keçiriləcək.
Misli Premyer Liqası
II dövrə, XII tur
17:30. "Zirə" - "Qəbələ"
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə. İdman Kompleksinin stadionu.