Qadın şahmatçılardan ibarət millimiz Linaresdə (İspaniya) təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib. Sport24.az xəbər verir ki, 1/4 finalda Gürcüstanla qarşılaşan yığma ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Növbəti dueldə 2,5:1,5 hesablı qələbəyə sevinən yığmamız yarımfinala adlayıb. Bu mərhələdə isə Azərbaycan komandasının rəqibi Qazaxıstan olacaq.
Digər yarımfinalda isə FIDE komandası Çinlə qarşılaşacaq.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.