İngiltərə Premyer Liqasında çıxış edən klublar əmək haqqı limiti təklifinə qarşı səs veriblər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Lakin, heyət üçün nəzərdə tutulan xərclər nisbəti (SCR) tətbiqi dəstəklənib.

 

Qeyd edək ki, mövcud maliyyə dayanıqlılığı qaydalarını əvəz edəcək yenilik klublara gəlirlərinin 85 faizə qədərini oyunçuların maaşları, transfer amortizasiyası və agent haqları da daxil olmaqla heyətlə bağlı xərclərə sərf etməyə imkan verəcək. Bu göstəricilər hər mövsüm izləniləcək. Premyer Liqanın 20 klubundan on dördü yeni qaydaların lehinə səs verib.