Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov komandanın DÇ-2026-nın seçmə pley-off mərhələsindəki ev oyunlarının keçiriləcəyi məkan barədə danışıb. Sport24.az xəbər verir ki, Rebrov bu barədə Ukrayna mətbuatına açıqlama verib:

 

"İsveç səddini keçəcəyimiz halda, Polşa millisi ilə Polşada oynamayacağıq. Bu, normal hal deyil. Hazırda məkan seçirik və bu oyunları harada keçirəcəyimizə qərar verəcəyik. Amma düşünmürəm ki, bu, matç Polşada olacaq".

 

Ukrayna DÇ-2026-nın seçmərhələsində ev oyunlarının əksəriyyətini Polşa stadionlarında - Varşava, Krakov və Vrotslavda keçirib.

 

Qeyd edək ki, pley-off mərhələsinin yarımfinalında Ukrayna İsveçlə qarşılaşacaq və finala yüksələrsə, Polşa-Albaniya oyununun qalibi ilə qarşılaşacaq.