Misli Premyer Liqasında XII turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

 

"Araz-Naxçıvan" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. Nominal meydan sahibləri bu görüşdən qalib ayrılacağı təqdirdə Tovuz klubu ilə xallarını bərabərləşdirəcək. "Boz qurdlar"ın hazırda aktivində 22 xal var. Elmar Baxşıyevin komandası liderlər qrupundan uzaq düşməmək üçün bu görüşdən qələbə ilə ayrılmalıdır. Heç şübhəsiz ki, Kurban Berdıyevin çalışdırdığı komandanın da əsas məqsədi 3 xal olacaq. Qarşısına çempionluq qoyan kollektiv dünən "Sumqayıt"ı yenən və zirvədə yerini bir qədər də möhkəmləndirən "Qarabağ"dan uzaq düşməmək üçün qələbə qazanmağa məcburdur.

 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu