Misli Premyer Liqasının XII turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Qarabağ"ı qonaq edir.
Hazırda aktivində 23 xal olan ağdamlılar turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Kimyaçılar" isə 20 xalla dördüncüdür. Bu komandalar arasında I dövrədə baş tutan qarşılaşmada Saşa İliçin komandası minimalhesabla qalib gəlib. "Sumqayıt" bu gün də eyni qəhrəmanlığı təkrarlasa, ən azı o biri oyunların nəticələri məlum olunana qədər ilk pilləyə yüksələcək.
Qeyd edək ki, XII turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
II dövrə, XII tur
19:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayevа
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu,
"Sumqayıt": 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 19. Roi Kehat 10. Nikola Ninkoviç 23. Ronaldo Vaskez 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç
"Qarabağ": 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov