Misli Premyer Liqasının III turu çərçivəsində baş tutan "Araz-Naxçıvan" – "Sabah" (0:1) matçından sonra nominal meydan sahiblərinin baş məşqçisi Zaur İsmayılov açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis komandasının oyununu dəyərləndirdi:

 

– "Sabah" komandasını UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Özümüzə gəldikdə, "Neftçi" ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdür. Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq".