"Dünən AFFA İcraiyyə Komitəsinin qərarını səbirsizliklə gözləyənlərdən biri də mən idim. İclasda "Qəbələ"nin aşağı liqaya düşəcəyi qətiləşdi. Mən istəyərdim ki, "qırmızı-qaralar"a bu mövsüm güzəşt olunsun. Ən azından komandanın bazası, infrastrukturu, tarixi ənənələri və uğurları nəzərə alınmalıydı".  Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.

 


Veteran futbolçu "Qəbələ"nin I Liqada uğur qazanacağına və yenidən elitaya dönə biləciynə inandığını da bildirib: "Qəbələ" peşəkar klubdu. Onlar bir çox tarixi uğurlara imza atıblar. İnanıram ki, bölgə təmsilçisi aşağı liqada da adına layiq mübarizə aparacaq və çempionluğa oynayacaq. Çox istərdim ki, bölgə təmsilçisi I Liqada çox ləngiməsin və 2025/26 mövsümündə artıq Premyer Liqada çıxış etsin".

 

Qeyd edək ki, İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Premyer Liqada komanda sayının artmayacağı ilə bağlı qərar qəbul olunub.


Polar Azər