"Təbii ki, milli komandaya dəvət aldığım üçün sevinirəm". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib.

 

Qolkiper Azərbaycan yığmasına çağırııması ilə bağlı fikirlərini bölüşüb:

 

"Hamı bu formanı geyinmək istəyir. Azərbaycan millisinin heyətində yer almaq qürurvericidir. Yığmada çıxış etmək daha çox məsuliyyət tələb edir". 

 

O, iyunun 7-də səfərdə Latviya, 10-da Bakıda Macarıstan seçməsinə qarşı keçirəcəkləri yoldaşlıq görüşləri ilə bağlı da fikirlərini bölüşüb:

 

"Qarşıdakı bizi iki yoldaşlıq oyunu gözləyir. Hazırda zəif rəqib yoxdur. Növbəti iki matçfa yaxşı nəticə qazanmağa çalışacağıq".