"Karvan"ın Premyer Liqaya vəsiqə qazanmasında pay sahiblərindən biri olan Bəhruz Teymurov baş məşqçi ilə görüşü gözləyir. Bu barədə Sport24.az-a məlumatı futbolçunun özü verib. O, Birinci Liqa klublarından təklif alsa da, ilk növbədə Yevlax klubunda qalmaq barədə düşünür:
"Birinci Liqa komandalarından təkliflərim var. Amma heç biri ilə danışıq aparmamışam. "Karvan"la görüşümüz olmayıb deyə, yekun qərar verilməyib. İnşallah, iyunun 20-dən sonra bütün suallara aydınlıq gələcək".
Qeyd edək ki, Teymurov ötən mövsüm Birinci Liqada 13 qolla yadda qalıb.