"Milli ilə hazırlığa yeni başlamışıq".

Sport24.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqisi Yan-Dal Tomasson Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaqları oyundan öncə keçirilən mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəsiss bildirib ki, komanda gündən-günə daha yaxşı oynayacaq: "Bizi komanda da fərqli oyunçuları sınaqdan keçiririk. Sabah mütləq qələbə qazanmalıyıq. Komandam çox istəklidir. Burada yaxşı çıxış edəcəyə çalışacağıq. Milli komandanı təmsil etdiyimiz üçün düzgün qərarlar verməliyik. Oyuna maksimum köklənməliyik".

- ⁠Azərbaycan millisi barədə nə dərəcədə məlumata sahibsiniz?

- ⁠Rəqibimiz evdə çox yaxşı oynayır. İsveçlə əvvəlki oyunda 3:0 qələbə qazanmışdılar. Sabah bizi ciddi oyun gözləyir. Sabah səbirlə çıxış etməli, diqqətlə oynamalıyıq.

- ⁠Fernandu Santuşun komandası sabah hücum futbolu oynayacağı gözlənilir. Bəs siz iki hücumçu ilə oynamağı düşünürsüz?

- ⁠Əsas məqsədimiz hücumameyilli futbol oynamaqdır. Bu daha maraqlıdır. Lakin biz düzgün balansı tapmalıylq. Hər iki hücumçumuz sabah çıxış edəcək.

- Oyuna hazırlıq mərhələsi necə keçib?

- ⁠Oyunçuların bəziləri milliyə gec qoşulub. Həm öz oyunumuzla, həm də rəqiblə bağlı tez-tez danışırıq. Futbolçuları görəndə məndə pozitiv hisslər yaranır.

- ⁠Sabah ki havanın isti olması komandaya necə təsir edəcək?

- ⁠Sabah soyuq da ola bilər. Bu oyuna təsir etməyəcək. Biz öz oynumuzu göstərəcəyik.