Zaqreb "Dinamo"su "Legiya"nın Azərbaycan millisinin dı üzvü olan futbolçusu Mahir Emrelinin transferindən imtina edib. Sport24.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Xorvatiya çempionu "İstanbul Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.

Belə ki, Mahiri təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 min avro dəyərində təklifindən sonra geri addım atıb.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir komandanın təlim-məşq toplanışına qoşulmayaraq türkiyəli hüquqşünas tapıb və varşavalı azarkeşlərin ona məlum hücumu nəticəsində aldığı psixoloji zərbəyə görə müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.