"Kəpəz" təcrübəli müdafiəçisi Vurğun Hüseynovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Gəncəlilər 36 yaşlı vitse-kapitanla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

 

Qeyd edək ki, "Kəpəz"lə yanaşı "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ" klublarının da şərəfini qoruyub.