"Sumqayıt" Azərbaycan kubokunun 1/8 finalında MOİK-i 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb: 

 

"Bir az gərgin oyun izlədik. Baxmayaraq ki rəqibin bir-sıra baxımlı hücumları oldu, lakin 120 dəqiqə ərzində üstün tərəf biz idik. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər müəllim gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik".