"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb. Sport24.az xəbər verir ki, bu, ağdamlılarının Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarka "Kopenhagen"ini məğlub etməsi (2:0) sayəsində mümkün olub.

 

Qitənin ən mötəbər turnirində 2-ci qələbəsini rəsmiləşdirən "Qarabağ" ölkəmizin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

 

Qeyd edək ki, reytinqə aktivində 97, 116 əmsal olan İngiltərə başçılıq edir.