Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan 13.375 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

"Qarabağ"ın Bakıda Konfrans Liqasında İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etməsi ölkəmizin aktivinə daha 0.125 xal qazandırıb.

Daha əvvəl “Neftçi” 0.500, “Sumqayıt” isə 0.125 xal gətirib. Bununla da cari mövsüm Azərbaycan təmsilçilərinin qazancı 0.750-yə çatıb.

Azərbaycandan öndə qərarlaşmış Qazaxıstanın hesabında 13.750 reytinq xalı var. Ölkəmizi 13.000 xalla Polşa izləyir.

Qeyd edək ki, siyahıya 87.926 xalla İngiltərə başçılıq edir. İspaniya (80.570) ikinci, İtaliya (63.473) isə üçüncüdür.